SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Reuters: Efiopiya və İndoneziyadakı təyyarə qəzaları arasında oxşarlıq var

16-03-2019, 00:14 | Oxunub: 8 542 |

 Reuters: Efiopiya və İndoneziyadakı təyyarə qəzaları arasında oxşarlıq var

Efiopiyada qəzaya uğrayan "Boeing 737 MAX 8" təyyarəsinin qalıqlarının tədqiqatı həmin faciə ilə ötən ilin oktyabr ayında İndoneziyada "Lion Air" aviakompaniyasına məxsus analoji təyyarə qəzasının eyni səbəbdən baş verməsi barədə ilkin nəticə çıxarmağa imkan verir.


Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, təhqiqatçılar Efiopiyaya məxsus təyyarənin hündürlük sükanının qəza zamanı tipik olmayan şəkildə əyildiyini aşkar ediblər. Horizontal stabilizatorun bu cür vəziyyəti qəzaya uğrayan İndoneziya təyyarəsində də müşahidə olunmuşdu. Hündürlük sükanının vəziyyəti qəzanın səbəbini aydınlaşdırmağa yardım edə bilər.

Martın 13-də ABŞ Federal Aviasiya İdarəsi "Boeing 737 MAX 8" laynerinin Efiopiyada və İndoneziyada qəzaya uğramasında bəzi oxşar cəhətlərin olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 10-da Efiopiyanın "Boeing 737-MAX 8" təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra dünyanın əksər ölkələri, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik nöqteyi-nəzərindən "Boeing 737 MAX" təyyarələrinin istifadəsindən imtina etmiş və bu tip laynerlər üçün öz hava məkanlarını bağlayıb. "Boeing" kompaniyası isə öz növbəsində "737 MAX" modelinin təhlükəsiz olduğuna əminliyini ifadə edib, lakin uçuşların dayandırılması barədə qadağaları başa düşdüyünü bildirib.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR