18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Altsheymer xəstəliyini erkən mərhələdə gözün tor qişasının müayinəsi ilə aşkarlamaq mümkündür
ABŞ-dakı Dyuk Universitetinin alimləri Altsheymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üçün yeni üsul tapıblar. Tədqiqatçılar təsdiqləyirlər ki, xəstəliyin inkişaf markeri gözün tor qişasının vəziyyətindəki spesifik dəyişikliklərdir.
Emtv.az xəbər verir ki, bu kəşf barədə "Ophthalmology Retina" jurnalında bəhs edilir.
T"Altsheymer xəstəliyi olan pasiyentlərdə qan damarlarında sıxlığın və qan təchizatının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib", - deyə layihə müəllifləri qeyd ediblər.ədqiqatçılar hesab edirlər ki, gözün tor qişasının vəziyyətinə görə aparılan Altsheymer diaqnostikası bu xəstəliyi patologiyadan şübhələnməyə və onu müəyyənləşdirməyə şərait yaradan koqnitiv funksiyaların azalmasına uzun müddət qalanadək aşkarlamağa imkan verir. Mütəxəssislər bundan ötrü əsasən optik koqerent tomoqrafiyasından istifadə olunmasını təklif edirlər. Bu müayinənin köməyi ilə həkimlər gözün tor qişasının arxa hissəsindəki kapillyarlarda qan axınını öyrənirlər. Alimlər təsdiq edirlər ki, gözün tor qişasının qan təchizatında pozulmalar birbaşa Altsheymer xəstəliyinin inkişafı ilə assosiasiya edilir.
Alimlər 133 nəfər sağlam, 39 nəfər Altsheymer xəstəsi, həmçinin koqnitiv pozulmaların müşahidə edildiyi 37 nəfər üzərində eksperiment aparıblar. Optik koqerent tomoqrafiyasının köməyi ilə bütün iştirakçılarda gözün tor qişasının vəziyyəti yoxlanılıb. Bu üsulun təsirli olması məlum olub.
Tədqiqatçılar ehtimal edirlər ki, onların təqdim etdikləri üsulla gözün tor qişasının vəziyyətinin yoxlanılması digər neyrodegenerativ xəstəliklərin erkən mərhələdə, onların kliniki əlamətləri hələ sezilməyən vaxt aşkarlanmasına şərait yarada bilər.
Elnur Abbasov
Emtv.az