SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi

14-03-2019, 15:32 | Oxunub: 10 012 |

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi

Bu gün dünya iqtisadiyyatında hər bir ölkə özünün istehsal etdiyi məhsulu digər tərəfə ixrac edərkən onun rəqabətə davamlılığını realizə etmək üçün bu və ya digər üsullardan istifadə edir. Bu da təbii və qəbulolunandır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin ikinci günündə Azərbaycana gətirilən bəzi dərman vasitələrinin qiymətinin mənşə ölkəsindən ucuz olması məsələsinə aydınlıq gətirərkən deyib.

M.Vahabov qeyd edib ki, Çin bu və ya digər eyni adda məhsul istehsal edir: "Ancaq buna baxmayaraq, tərkibi tamam başqadır. Həmin məhsulu ABŞ-a daha baha qiymətə satır. Çünki sifarişi hər bazara uyğun olaraq istehsal edir. MDB məkanı üçün isə daha fərqli qiymətdir.

İsveçdə orta aylıq əməkhaqqı 3000 və ya 5000 dollardır. Əlbəttə ki, öz ölkəsi üçün sözügedən dərmanının 30 avro olması məqbuldur. Bu, onlar üçün böyük bir hal deyil.

Ümumilikdə isə gömrük orqanı marjanı nəzərə almaqla gömrük dəyərləndirməsini həyata keçirir. Onu satan da, istifadəçisi də Azərbaycan vətəndaşıdır. Nəzarət edirik ki, kənarlaşmalar olmasın. O baxımdan kimsə burada sui-istifadəyə yol verə bilməz. Əgər kimsə bunu edirsə, deməli, vicdanı yoxdur.

Xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər ərzaq məhsulundan tutmuş sənaye məhsullarına kimi müxtəlif sifarişlər verir. Bunun müqabilində də ölkəyə idxal olunur. Biz də gömrük orqanı olaraq buna müdaxilə edə bilmərik.

Dərmanların tənzimlənməsi Tarif Şurasının xətti ilə həyata keçirilir. Əgər dərmanın tərkibi dəyişdirilirsə və keyfiyyəti aşağı salınırsa, buna aidiyyatı qurumlar məsuliyyət daşıyır. İnsan sağlamlığına necə təsir etdiyini isə fərd özü müəyən edə bilər. Əgər təsvirlə düzgün deyilsə, fərd özü məhsulu aldığı yerə şikayət edə bilər. Bu, böyük bir mexanizmdir".

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR