17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dövlət Gömrük Komitəsində KADR DƏYİŞİKLİYİ
Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.
Emtv.az apa-ya istinadən xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib. İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb.
Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.
Kadr dəyişikliklərinin rotasiya qaydasına uyğun olaraq islahatların tərkib hissəsi olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.
Emtv.az