18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir"-Prezident İlham Əliyev
Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır.
Emtv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib.
Dövlətimizin başçısı bildirib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir: "Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq".
Prezident vurğulayıb ki, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir: "Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub".
Nəzrin Abbaszadə
Emtv.az