SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Afət: "Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı"

13-03-2019, 15:56 | Oxunub: 12 791 |

Afət: "Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı"

Emtv.az xəbər verir ki, ifa etdiyi "Pencu şeş" mahnısına görə müzakirə olunan müğənni Afət Fərmanqızı yerli mətbuata müsahibə verib.

O, müsahibəsində öncə mahnısının tənqid olunmasından danışıb, daha sonra bir çox məqamlardan söz açıb.

"Mən tənqidlərə, sadəcə, gülürəm. Məni müzakirə edənlərə hələ tam cavab verə bilməmişəm. Onlara gülürəm. Oğluma görə hələ tam cavab verə bilmirəm. Ürəyimdə qalır sözlərim. Yoxsa nə cavablar verərəm. Bəs edər daha. Əcəb edib oxumuşam. Mahnı oxuyuram. Başqa nəsə pis iş görürəm? Ən çox dəstəyi Rusiyada yaşayan azərbaycanlılarımızdan gördüm. Məni tənqid edənlərin heç birinin sənəti mənim sənətimdən üstün deyil".

Afət şəxsi həyatından danışaraq bildirib ki, növbəti dəfə ailə qurmaq istəməz: "Sevmədən ailə qurdum, özüm boşandım. 16 yaşım var idi, ailə qurmaq üçün yaşım çatmırdı, həmin vaxt keçmiş həyat yoldaşım məni qaçırtdı. Məcbur olub, ailə qurdum. Amma bu evliliyi axıra qədər davam etdirmədim. 18 yaşımda da boşandıq. Boşanandan sonra keçmiş həyat yoldaşım ailə qurdu, indi uşaqları da var. Münasibətimiz də çox gözəldi. Evimə heç qohumlarım da gələ bilmir. Çünki evdə çox az oluram. Amma keçmiş baldızlarımla, qayınanamla bu yaxınlara qədər görüşürdüm. Keçmiş həyat yoldaşımın xanımı ilə də münasibətim çox yaxşıdır. Toyda rastlaşdıq, o, mənim, mən də onun balalarını öpdüm. Növbəti dəfə ana olmaq istəmərəm. Düşünürəm ki, 10 övladım olsa, Hüseynimdən yaxşı ola bilməyəcək".

Müğənni gələcəkdə övladlığa uşaq götürmək istədiyini də diqqətə çatdırıb: "Efirlərdə kimsəsiz, atılmış övladla bağlı mövzu olanda, istəyirəm ki, həmin uşağı götürüm özüm saxlayım. Hər müğənni bir uşaq götürüb saxlasa, gör nə qədər kömək olar. Əgər o uşağa təhsil, tərbiyə verəcəksənsə, bütün tələblərini yerinə yetirəcəksənsə, niyə də yox. Mən o gücü özümdə hiss edirəm. İstərdim ki, qız uşağını övladlığa götürüm. Suriyada kimsəsiz olan uşaqlaran birini götürmək istərdim. Öz millətimizdə pis yaşayan yoxdu. Ən kasıbında mənim telefonumdan var. Azərbaycanda olan maşınlar, dəbdəbəli evlər heç yerdə yoxdur. Sonra da bəziləri buna ağız büzür. Bizi toylara kim aparır? Xalqımız. Bu pulları da xalq bizə verir. Varlarıdır ki, verir. Sadəcə, narazılıq edənlər istəyirlər ki, 1 yox, 5 maşını olsun. O qədər gözəl qanunlarımız var. Get sən də işlə, qazan və al".

İfaçı bu gündən sonra onu müzakirə edən şou-biznes əhlinə qadağa qoyub: "Bu gündən sonra mənim "Pencu şeş" mahnımla bağlı hansısa sənət yoldaşım nəsə desə, bambaşqa şeylər edəcəm. Qaldırıb göyə, yerə çırpacam. Kimin ürəyi istəyir, buyursun. İşlərinə baxsınlar, daha bəsdir. Mənim səhvim bilirsiniz nədə oldu? Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı. Ola bilər ki, fəxri adım yoxdur, amma onlardan çox sevilirəm. Məsələn, məni toya istəyəndə fəxri adı olanları da təqdim edirəm, onları yox, məni istəyirlər".

Nəzrin Abbaszadə
Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR