18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"İsrailin təhdidinə çox sərt cavab verəcəyik"-İranın müdafiə naziri
İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi İsrailin baş naziri Benyamin Netanyahunun İranın neft tankerlərinə dair hədəsini cavablandırıb.
Emtv.az ONA-ya istinadən xəbər verir ki, Ə.Hatəmi deyib ki, bu addım beynəlxalq sabitliyin pozulmasına cəhd və piratlıq hesab olunur.
"İran İslam Respublikası bu hədəyə cavab vermək gücünə malikdir. Bu baş verərsə, çox sərt cavab verəcəyik. Bundan başqa, beynəlxalq ictimaiyyət də onların bu addımını qəbul etməyəcək" - deyə nazir qeyd edib.
Ə.Hatəmi deyib ki, Silahlı Qüvvələrimiz ehtimal olunan hücumlar qarşısında İran neft tankerlərinin mühafizəsini təmin edir: "İran sularında və beynəlxalq sularda hərəkət edən gəmilərimizin və digər gəmilərin təhlükəsizliyinin təmini Silahlı Qüvvələrin öhdəliyindədir və biz var gücümüzlə bunu təmin edirik".
Qeyd edək ki, bir müddət öncə Benyamin Netanyahu bildirib ki, İranın neft tankerləri dəniz daşımaları vasitəsilə sanksiyaları pozur. Onun sözlərinə görə, bu hal davam edərsə, İsrail Hərbi Donanması İranın neft tankerlərinə qarşı cavab tədbirləri görəcək. Netanyahu həmçinin beynəlxalq ictimaiyyəti İranın dəniz traffiki və ya digər vasitələrlə sanksiyaları pozmasına qarşı effektiv addımlar atmağa çağırıb.
Nəzrin Abbaszadə
Emtv.az