18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İsrail İranı növbəti dəfə hədələdi
“Əgər İran Ərəb yarımadası ilə Afrika arasında yerləşən, həmçinin Qırmızı dənizlə Aden körfəzini bilərşdirən Bab-əl-Mandeb körfəzini blokadaya alarsa, əminəm ki, beynəlxalq koalisiyanın ciddi müqaviməti ilə üzləşəcək. İran, eyni zamanda İsrailin bütün növ silahlı qüvvlərinin gücünün şahidi olacaq”.
Emtv.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hayfada İsrailin Hərbi-Dəniz Donanmasının bazasında çıxışı zamanı bəyan edib.
“Times of Israel”in yazdığına görə, ötən həftə Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanın neft tankerinə hücum edib: “Hücum nəticəsində həmin tankerlərdən biri zədələnib. Hücum zamanı heç kim xəsarət almayıb. Neftin körfəzə axması barədə isə hər hansı məlumat verilmir”.
Bu yaxınlarda Səudiyyə Ərəbistanı körfəzdə nəzarəti ələ keçrimək üçün Hodeyda limanına hücum etsə də, nəticəsi olmayıb.
Husilər Hodeydəyə hücum davam edəcəyi təqdirdə körfəzi bağlayacaqları ilə təhdid ediblər.
Sevinc Əlimova,
Emtv.az