18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu şəxslər cərimə olunacaqlar - İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
Azərbaycanda sanitariya-gigiyena qaydalarına əməl etməyənlərə qarşı cərimələr tətbiq ediləcək.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsində qeyd olunur ki, "Fitosanitar nəzarəti haqqında" qanuna edilən dəyişikliklə sanitar-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitlərinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5 maddəsi ləğv edilir. Qanun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1-ci maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutur. Yəni artıq hüquqi əsası olmadığına görə qanunun bu maddəsinin ləğv edilməsi təklif olunur.
Nəzrin Abbaszadə
Emtv.az