17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİK
Azərbaycanda “adam döymə”yə görə həbs müddəti artırılır. Milli Məclisdə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
"EMTV.az“ xəbər verir ki, "Adam döymə” hallarının geniş yayılmasının qarşısını almaq üçün bu cür hala yol verən şəxslərə 3 ay azadlıqdan məhrumetmə cəzası veriləcək.
Hazırda döymə və digər hərəkətlərlə qəsdən fiziki ağır xəsarət yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarında cərimə tətbiq edilir. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs də verilə bilər.
Yeni layihədə bu müddətin 2 ayadək olması təklif edilir.
Hüquqşünas Tahir Əlirzayevin fikrincə, həbs müddətinin artırılması bu işi törətmək istəyənləri fikrindən daşındırmayacaq. Çünki bu cəza törədilən əmələ adekvat deyil. İslah üçün cərimənin artırılması daha məqsədəuyğundur:
“500 manatdan 1000 manatadək cəriməni, 3 mindən 5 min manatadək artırılması gərəkir. Bu zaman həmin şəxs həm islah olunacaq, həm də dövlət büdcəsinə gəlir gətirəcək. 15 günlük inzibati həbsə gəlincə, bu müddət 1-2 aya qədər olsun”.
Qeyd edim ki, ötən ilə qədər Cinayət Məcəlləsində adam döymə cinayət hesab edilirdi.
Sonradan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bu əməl inzibati xəta kimi tövsiyə olundu.