17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO
"Azərbaycan Sənaye Korporasiyası" ASC və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı" mövzusunda konfrans keçirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, tədbirdə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və Agentliyin nümayəndələri, Korporasiyanın tabeliyində olan müəssisələrin rəhbərləri iştirak ediblər.
Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.
Konfransda "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyində olan müəssisələrin rəhbərləri fəaliyyətləri barədə danışıb, istehsal, ixrac, satışın təşkili, kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.
Konfrans çərçivəsində KOBİA və "Azərbaycan Sənaye Korporasiyası" ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Baş direktoru Kamran Nəbizadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Nəzrin Abbaszadə
Emtv.az