18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Elmar Məmmədyarov İran prezidenti ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarovun İrana rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.
Emtv.az Nazirlik-ə istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran prezidenti Həsən Ruhaninin diqqətinə çatdırıb.
Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində, İran prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.
Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.
H.Ruhani İranla Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycanla əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.
E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlılğı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib.
Nəzrin Abbaszadə
Emtv.az