18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Prezident İlham Əliyevin sərəncamı Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artıracaq"-Rus Dram Teatrının direktoru
"Prezident İlham Əliyevin Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına "akademik" statusu verilməsi haqqında sərəncamı dövlətin Azərbaycan teatrlarına diqqət və qayğısını göstərir".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.
Ə.Hacıyev qeyd edib ki, bu sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.
Direktor vurğulayıb ki, hər il Dövlət Rus Dram Teatrının repertuarına 6-7 yeni tamaşa daxil edilir: "Teatr müasir tamaşaçının maraq və zövqünü nəzərə alaraq böyüklər və kiçiklər üçün tamaşalar hazırlayır. Teatrda tamaşaların rus dilində hazırlanması ölkəmizin qonağı olan turistlərin də bu teatra maraq göstərməsinin əsas səbəbidir. Təsadüfi deyil ki, son illər teatrın tamaşaçılarının arasında turistlərin sayının artması müşahidə olunur".
Onun sözlərinə görə, bundan başqa, teatrın yaradıcı truppası vaxtaşırı MDB məkanındakı teatrların qonağı olur və beynəlxalq festivallarda iştirak edir: "Repertuardakı tamaşalar tanınmış və nüfuzlu teatrların səhnəsində oynanılır ki, bu da Azərbaycan mədəniyyətinin tanınmasında böyük rola malikdir".
Nəzrin Abbaszadə
Emtv.az