SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir - Komitə sədri

6-03-2019, 11:30 | Oxunub: 9 325 |

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir - Komitə sədri

"Azərbaycanda əvvəllər qadınlar yalnız sosial problemlərinin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirdilər, indi edilən müraciətlər isə daha çox qadınların ictimai fəallığı ilə bağlıdır. Qadınlar komitəyə hansısa ictimai təşkilatların, müəssisələrin açılması üçün müraciət edirlər. Bu da bizi sevindirir".

Emtv.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların liderlik və sahibkarlığına dair keçirilən "SHE konqress"ində deyib.

Onun sözlərinə görə, bu gün dövlət orqanlarında Azərbaycan qadınları yüksək vəzifələri tutur.

H.Hüseynova 21-ci əsr qadınlarının qarşısında yeni vəzifələr dayandığını söyləyib: "Bu gün Azərbaycan qadınlarının qarşısında yeni vəzifələr dayanıb. Biz necə etməliyik ki, qadın inkişafa tab gətirə bilsin. Qadın, ilk növbədə yüksək təhsilli olmalıdır ki, əmək bazarında rəqabətə davamlı olsun".

Komitə sədri qeyd edib ki, yalnız Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir: "Uzun zaman belə bir streotip yaranıb ki, Azərbaycan qadınları yalnız yaxşı evdar qadın, yaxşı ana olmalıdırlar. Amma Azərbaycan qadını ictimai-siyasi sahədə də fəal ola bilir".

H.Hüseynova vurğulayıb ki, qadınlar dövlətimizin yaratdığı bütün imkanlardan istifadə edirlər və dövlətin qayğısını görürlər: "Bu gün çox yaxşı haldır ki, qadınlar, xüsusilə gənc qızlar ictimai-siyasi proseslərə fəal cəlb olunurlar. Ölkəmizdə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar özlərinə inanmırdılar. Amma sonradan aparılan təbliğat nəticəsində qadınların bələdiyyə orqanlarında təmsilçiliyi artdı. Güclü, professional qadının fəaliyyətinin qarşısını heç kim ala bilmir".

Komitə sədri məlumat verib ki, hazırda qadın sahibkarların sayı ölkədəki bütün sahibkarların 30 faizini təşkil edir: "Azərbaycanın gənc gövlət olduğunu nəzərə alsaq, qısa zaman ərzində belə yüksəlişin olması təqdirəlayiqdir".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR