SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan qadınları beynəlxalq layihələrdə fəal iştirak edirlər

21-12-2015, 13:12 | Oxunub: 9 060 |

Azərbaycan qadınları beynəlxalq layihələrdə fəal iştirak edirlər
Dekabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Koreya Respublikasının Sunqşin Qadınlar Universitetinin rektoru xanım Hwa-jin Shim başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"EMTV.az" xəbər verir ki, görüş zamanı H.Hüseynova bildirib ki, Azərbaycan qadınları ölkədə həyata keçirilən möhtəşəm layihələrdə fəal iştirak edirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində rolunun güclənməsi istiqamətində mühüm addımlar atılıb.

Bildirib ki, bu gün Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir.

Universitetin rektoru xanım Hwa-jin Shim Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, 1936-cı ildə təsis edilmiş Sunqşin Qadınlar Universiteti barədə ətraflı məlumat verib. Hwa-jin Shim yanvarın 17-də Qəbələ şəhərində keçiriləcək “İdman! Gözəllik! Həyat!” adlı beynəlxalq sərginin açılış mərasiminə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrini dəvət edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR