SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Problemli kreditlərlə bağlı əlavə təkliflər var - 10 min dollardan yuxarı olan məbləğlər...

6-03-2019, 11:13 | Oxunub: 11 991 |

Problemli kreditlərlə bağlı əlavə təkliflər var - 10 min dollardan yuxarı olan məbləğlər...

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir.

Emtv.az xəbər verir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq kompensasiya mexanizminin artıq hazırlanmaqda olduğundan bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bir sıra digər təkliflərin də qəbulunu məqbul hesab edir.

Belə ki, iqtisadçının fikrincə, 10 min dollar qalıq məbləği differensial olaraq müəyyənləşdirilməlidir: "Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa, o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun: 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa, o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər".

Ekspert təklif edir ki, əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun və kompensasiya tətbiq olunsun: "Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox. Belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin.

Əgər birinci təklif qəbul olunarsa, o zaman ikinci təklifin ayrıca qəbuluna ehtiyac qalmır".

V.Bayramov hesab edir ki, güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən bütün kreditlərə şamil olunmalıdır: "Manat kreditinə güzəşt hesablanan zaman kredit müqavilələri üzrə əsas məbləğin və ya faiz borclarının ödənilməsində 360 gündən çox gecikdirilmiş borclar əsas götürüləcək. Daha məqsədə uyğun olardı ki, qaydaları hazırlayan zaman güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən qalıq məbləği nəzərə alınmaqla bütün kreditlərə şamil olunsun. Yəni, vətəndaşımız 15 min manat kredit götürüb, onun krediti 1 il öncədən daha əvvəl problemli kredit kimi rəsmilləşib və o, 1 il ərzində müəyyən ödənişlər də edib və həmin şəxs də güzəştdən faydalansın".

Ekspertin fikrincə, manatla kreditlərdə əsas qalıq məbləği müəyyənləşən zaman da differensial metodun tətbiq olunması məqsədəuyğundur: "Yəni, əsas məbləğ üzrə qalıq 30 min manat olan problemli manat kreditinin 17 min manatına güzəştlərin tətbiqi həyata keçirilsin".

Bundan başqa o, hesab edir ki, məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması məqsədəuyğun olardı.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR