SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Problemli kreditlər müşkülü çözüldü: on minlərlə vətəndaşa ŞAD XƏBƏR

28-02-2019, 15:39 | Oxunub: 14 229 |

Problemli kreditlər müşkülü çözüldü: on minlərlə vətəndaşa ŞAD XƏBƏR

2012-ci ildən bəri ABŞ dolları ilə götürülən, məbləği 10 min dollaradək olan kreditlərin devalvasiyada artan hissəsini dövlət ödəyəcək. Birinci devalvasiyaya (21 fevral) qədər götürülmüş kreditlərin (10 000 dollara qədər) hər dollarına əlavə 25 qəpik, ikinci devalvasiyaya qədər (22 dekabr) götürülmüş 10 000 dollara qədər kreditlərin hər dollarına 60 qəpik ödənəcək. Məhkəmələrdə vətəndaşlara qarşı olan və vaxtı keçmiş kredit borclarına görə açılmış işlər geri çağırılacaq, icra sənədləri üzrə icraata xitam veriləcək.

Emtv.az xəbər verir ki,son illərdə problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Hal-hazırda Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir. Təəssüf ki, problemli kreditlərin həcminin çox olması ilə yanaşı, eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır.

Azərbaycanda isə bu göstərici ikirəqəmlidir. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Problemli kreditlərin həcminin də çox olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, əslində problemli kreditlər xeyli sayda insanı əhatə edir. Bununla yanaşı, təəssüf ki, biz son illər problemli kreditlərin həcmində artımları müşahidə etməkdəyik.Devalvasiya problemli kreditin həcminin artmasına təsir göstərən amillərdən biridir. Amma yeganə amil deyil. 2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa belə, yüksək kredit faizləri problem idi, yəni 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. İllik 45 faiz, hər 10 min manata və ya dollara görə 5 min manat və ya dollar illik faiz deməkdir. Kifayət qədər böyük rəqəmdir. Nəticədə bu, bank sektorunda köpüklər yaratmışdı. Devalvasiya həmin köpüklərin daha tez partlamasına imkan verdi.

Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilirdi. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Vətəndaş üçün də, təbii ki, hər 9 mindən 6 min güzəşt ciddi bir rəqəmdir.

Problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması çox vacib idi. Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub, onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin.

Problemin həllindən ən çox qazanan tərəf bank sektorudur. Çünki problemli kreditlər nə qədər qalırsa, nəticə etibarı ilə banklara təsir göstərir. Biz bankların depozit və kredit portfellərinə baxsaq, təbii ki, azalmalar var. Banklar artıq depozit cəlb etməkdə maraqlı görünmür. Çünki həmin depoziti yerləşdirmək çətinlikləri var. Bankın iki əsas funksiyası var. Depozit cəlb etmək və kredit yerləşdirmək. Əgər bank depozit cəlb etməkdə maraqlı deyilsə, baxın, 2017- ci ildən bəri xarici valyutadan manata olan depozit faizlərində azalmalar var.

Əgər vətəndaş bir il öncə öz manatını depozit formasında kommersiya bankında 15 faizlə yerləşdirə bilirdisə, indi bu rəqəm ən yaxşı halda 9-10 faizdir və azalmaqda davam edir. Aparıcı banklarda 6-7 faizədək azalıb. Bank artıq depoziti cəlb etməkdə maraqlı deyil. Çünki onu yerləşdirməklə bağlı risk var. Nəticə etibarı ilə kredit portfeli 11,7 milyard manata qədər azalıb. İlin əvvəlindən depozit portfeli 7.3 milyard manata qədər azalıb. Bir il öncə bu, 7,7 milyard manat idi. Bu baxımdan, təbii ki, bankların sağlamlaşdırılması üçün problemli kreditlərin və toksik aktivlərin həll edilməsi çox vacibdir. Eyni zamanda, birmənalı şəkildə bankın müflis elan edilməsi problemin həlli deyil. Bankların sağlamlaşdırılmasına ehtiyac var ki, bank sektoru inkişaf etsin.

Problemli kreditlərə çarə və ya inqilabi sərəncam

Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sərəncama görə, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

Dünyanın hər ölkəsində belə problem var

Dünyanın bütün ölkələrində problemli kreditlər var, buna görə də hər bir bankda problemli kreditlərlə iş departamenti olur. Bankların iş prinsipi də bəzən problemli kreditlərə yol açır.

Tutaq ki, şəxs krediti alıb, istehsala yönəldib. Amma onun biznesi müəyyən səbəblərdən alınmayıb. Ya gözlənilməz hadisə olub, ya devalvasiya, ya böyük inflyasiya olub. Problemli kredit belə yaranır. Bir də bankların özləri problemli kreditlərə şərait yaratmış olurlar. Məsələn, vətəndaş təcili kredit götürmək üçün banka müraciət edir. Banklar da müqaviləni xırda hərflərlə tərtib edirlər və kredit götürən də oxumadan imzalayır. Sən demə, reklam olunan faiz dərəcəsindən iki dəfə artıq pul tutublar. Yaxud vətəndaş 3 illik kredit götürsə də, 6 ay sonra qaytarmaq imkanı olur. Bank isə deyir ki, krediti 3 il müddətinə az-az qaytarmalısan. Çünki kredit üçün faizləri bu cür hesablamışıq. Bankların kreditləri nə qədər uzun müddətə ödənilirsə, daha çox faiz gətirir. Krediti ödəmək istəyən əksini tələb etdikdə isə müqaviləni göstərirlər. Çünki müqaviləni oxumadan imzalayıb.

Vətəndaş krediti qaytarmayanda problem məhkəməyə gedir. Bu isə uzun bir prosesdir. Banklara isə müştəridən pulu nağd şəkildə necə var elə almaq daha çox sərf edir, nəinki girovun məhkəmə vasitəsilə satılıb, borcun qaytarılması prosesinə getmək.

Sadə və konkret

Sərəncamın çox sadə, konkret və qısa açması var.

2012-ci ildən bəri ABŞ dolları ilə götürülən, məbləği 10 min dollaradək olan kreditlərin devalvasiyada artan hissəsini dövlət ödəyəcək. Birinci devalvasiyaya (21 fevral) qədər götürülmüş kreditlərin (10 000 dollara qədər) hər dollarına əlavə 25 qəpik, ikinci devalvasiyaya qədər (22 dekabr) götürülmüş 10 000 dollara qədər kreditlərin hər dollarına 60 qəpik ödənəcək. Məhkəmələrdə vətəndaşlara qarşı olan və vaxtı keçmiş kredit borclarına görə açılmış işlər geri çağrılacaq, icra sənədləri üzrə icraata xitam veriləcək.

Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Bir fiziki şəxsə 5000 dollardan çox (8500 manatdan) vəsait geri ödənilməyəcək və MBNP banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək və MBNP banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək.

Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onlara 215 milyon dollar dəyərində xarici valyutada illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların veriləcək.

Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.

2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir.

2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən
ödənilir.


Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.

Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir.

Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.

Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.

Bu isə on minlərlə vətəndaşımız üçün şad xəbərdir. Azərbaycanın dövlət başçısı köklü sosial islahatlar, vətəndaşların sosial rifah səviyyəsinin artırılaraq maddi durumunun yaxşılaşdırılmasına yönəlmiş səbatlı, genişmiqyaslı proqram çərçivəsində gerçəkdən də, inqilabi sərəncam imzalayıb.

Bu, dövlətin vətəndaşının qayğısına qalmasının bariz nümunəsidir.

Çox yaxın vaxtlarda sayı daha da artacaq nümunələrdən biri.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR