SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş - FOTO

4-03-2019, 17:10 | Oxunub: 8 198 |

Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş - FOTO

Bu gün Milli Paralimpiya Komitəsində (MPK) Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka ilə görüş olub. Görüşdə MPK prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, vitse-prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, komitənin baş katibi Kamal Məmmədov iştirak ediblər.

Emtv.az xəbər verir ki,MPK prezidenti İlqar Rəhimov qonağa komitə haqqında məlumat verib. O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya Hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak edib, onlarla medal qazanıblar.

Komitə sədri bildirib ki, bu gün 14 idman növü üzrə paraolimpiyaçılarımız beynəlxalq yarışlara qatılırlar. Bu il Azərbaycan üçün ənənəvi olmayan qış idman növü üzrə də idmançılarımız beynəlxalq yarışa qatılaraq medallar qazanıblar.

İlqar Rəhimov qeyd edib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq ölkəmizdə "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarının ölkəmizdə təbliği baxımından da önəm kəsb edir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka növbəti yay paralimpiya oyunlarının Yaponiyada keçiriləcəyini qeyd edərək, öz növbəsində Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Əməkdaşlığı daha da inkişafetdirmək üçün bu cür görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR