18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda Paralimpiya hərəkatının yaranmasından 21 il ötür
Azərbaycanda Paralimpiya hərəkatının yaranmasından 21 il ötür.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, ölkəmizdə Paralimpiya hərəkatının yaranma tarixi xalqımızın ümümmilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevralın 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaranma tarixi kimi daxil olub. Həmin tarixdə AMPK-nin təsis konqresi keçirilib və İlqar Rəhimov Komitənin prezidenti seçilib.
Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki atletlə təmsil olunub. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən idmançılarımızla görüşərək onlara uğurlar arzulamışdı.
“Sidney-2000” Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında Paralimpiya Oyunlarına yolasalma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük dəyişikliklərə və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi hazırda Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi oldu. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, əksinə onlara daim diqqət və qayğının göstərilməsi yarışların nəticələrində özünü əyani göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırıb. Elə həmin dövrdə AMPK prezidentinin, MOK-un İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.
2008-ci il avqustun 28-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilib. Tədbirdə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər.
Paralimpiyaçılarımız daim öz üzərlərində dövlətimizin başçısının qayğıkeş münasibətini hiss ediblər. Qələbə qazanmış idmançılarımız, məşqçilərimiz müntəzəm olaraq Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər, minik avtomobilləri ilə təmin edilirlər. Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatı genişlənib, onun maddi-texniki bazası gücləndirilib. Qısa müddət ərzində idman növlərinin sayı 13-ə çatdırılıb.
2014-cü il sentyabrın 27-də beynəlxalq təcrübədə ilk dəfə olaraq, AMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Bu illərdə beynəlxalq əlaqələr də genişlənib. Bir sıra beynəlxalq idman təşkilatları və xarici ölkələrin Milli Paralimpiya komitələri ilə əməkdaşlıq qurulub, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilib.
İyirmi bir il ərzində AMPK altı Yay Paralimpiya Oyunlarında iştirak edib. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr göstərərək 48 medal qazanıblar. Onlardan 9-u qızıl, 18-i gümüş, 11-i isə bürüncdür. İdmançılar arasında 7 Paralimpiya çempionu var. Onlardan İlham Zəkiyev və Oleq Panyutin ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə, idmançılardan 7-si dünya, 14-ü Avropa çempionu, 7-si Dünya Oyunlarının qalibidir.
Bu ilin mayında Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. İlk dəfə olaraq, həmin Oyunlarda paralimpiyaçı idmançılar da iştirak edəcəklər. Paralimpiyaçılar cüdo və atletika yarışlarında öz qüvvələrini sınayacaqlar. Ölkəmizi cüdo idman növündə dördü qadın olmaqla 12 idmançı, atletika yarışında isə ikisi qadın olmaqla 15 paralimpiyaçı təmsıl edəcək. Hazırda idmançılarımız Oyunlarda yüksək nailiyyətlər əldə etmək üçün ciddi hazırlıq prosesi keçirlər. Bununla yanaşı, Milli Paralimpiya Komitəsi 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak üçün hazirliq işlərinə start verib. İlkin olaraq, Komitə tərəfindən müvafiq kadr islahatları aparılıb və Azərbaycan Milli Paralimpiya Komitəsinin “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət planı” hazırlanıb. Planda Milli Paralimpiya Komitəsinin növbəti dörd il ərzində görəcəyi işlərin istiqamətləri əksini tapıb.
Ötən 21 il ərzində əldə olunmuş nailiyyətlərdə Azərbaycan Milli Paralimpiya Komitəsinə Prezident İlham Əliyev başda olmaqla, Heydər Əliyev Fondunun prezidentı Mehriban Əliyeva, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “Neftçı” idman klubu, UNİCEF-in Azərbaycan nümayəndəliyi, “BP Azərbaycan” şirkəti, “AZERCELL Telekom” MMC, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri yaxından dəstək olublar.
Emtv.az