18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dünyanın gözləmədiyi qərar - Rus ordusu "S-500"lərlə təchiz olunacaq
Rusiya Hərbi Kosmik-Müdafiə Akademiyasının rəisi, general-leytenant Vladimir Lyaporov bəyan edib ki, yaxın vaxtlarda Rusiya ordusuna "S-500" zenit-raket kompleksi veriləcək.
Emtv.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu general-leytenant "Krasnaya zvezda" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Qatçinadakı zenit-raket qoşunlarının hazırlığı mərkəzi "S-500"-ün idarə olunması proqramını öyrənən ilk zabitləri buraxacaq: "Hazırda ordu bu növ zenit-raket kompleksləri ilə təchiz olunmayıb. Lakin hərbçilər onları yaxın vaxtlarda gözləyirlər".
Bununla belə, Lyaporov "S-500"-ün orduya nə vaxt veriləcəyini konkret şəkildə açıqlamayıb.
Qeyd edək ki, yanvarın 11-də ABŞ-ın "The National Interest" nəşri Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbindən yazıb. Bildirilib ki, Rusiya yeni "S-500" zenit-raket kompleksləri (ZRK) barədə məlumatları "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaların təhlükə altına atmamaq üçün açıqlamır.
Belə ki, potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.
"Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib" - deyə vurğulayan nəşr qeyd edib ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.
Nəzrin Abbaszadə
Emtv.az