18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Torpaqlarımız işğal olunub" dedi, efirə verilmədi - Rus kanalından Rəşada qadağa
Bir neçə gündür ölkə idman mətbuatında "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Rusiyanın "MATÇ" TV kanalına müsahibəsindən bir hissə yayımlanır. Orada R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışdığı diqqət çəkir.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu videonu ilk olaraq "Qarabağ"ın rəsmi Feysbuk səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də R.Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.
Müsahibə özü ötən ilin oktyabrında, London "Arsanal"ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Lakin Qol.az-ın əldə etdiyi xəbərə görə, əslində Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, "Qarabağ"ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib.
Nəzrin Abbaszadə
Emtv.az