18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Azərbaycanda müxtəlif vəzifələrdə çalışan geylər var"...
"Bir il bundan öncə açıq-saçıq fotolar paylaşanda pis rəy yazanlar daha çox idi. İndi isə yazılan 100 rəydən cəmi 4-ü mənfi ola bilər. Dəyişiklikləri görürəm və çox şadam. Saytların səhifələrində isə rəyləri oxumuram".
Emtv.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında müğənni Dilarə Kazımova deyib. "Eurovision" təmsilçimiz homofobiyasının olmadığını da dilə gətirib:
"Ətrafımda gey tanışlarım olduğuna görə, heç kim mənə basqı etmir. Çünki xasiyyət baxımından özüm kimi dostlarımı tapıram. Hər kəsin öz seçimi və şəxsiyyəti var. Biz ondan soruşmamalıyıq ki, sən kimlə yaşayırsan?
Aqressiyanı sevmirəm. Azərbaycanda müxtəlif vəzifələrdə işləyən çoxlu gey tanıyıram. Onlara təzyiq göstərən, işdən çıxaran yoxdur. Geylər burada kifayət qədər normal durumdadır. Ancaq bunu nümayiş etdirmək də düzgün deyil. Həmçinin, homofob olmaq da".
Nəzrin Abbaszadə
Emtv.az