SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sürücülərə qurulan “pul tələsi”

28-02-2019, 11:24 | Oxunub: 11 880 |

Sürücülərə qurulan “pul tələsi”

Bakı Nəqliyyat Agentliyinin paytaxt küçələrdə parklanmaya görə sürücüləri haqlı-haqsız cərimə etməsi ən çox müzakirə olunan məsələlərdəndir.

Emtv.az xəbər verir ki,son vaxtlar sürücülər bu məsələylə bağlı əməlli-başlı çaş-baş qalıblar. Çünki dayanma-durma qaydaları ilə bağlı təzadlı vəziyyət hökm sürür. Mübahisəli məsələ ondan ibarətdir ki, bəzi küçələrdə “dayanma və durma qadağandır” işarəsi ilə yanaşı, parkomatlar da var.

Sürücü parkomatlar qoyulmuş ərazidə avtomobilini park edir, parklama üçün pulunu ödəyib işinin arxasınca gedir. Qayıdanda isə görür ki, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib. Sonradan öyrənir ki, sən demə, “dayanma və durma qadağandır” nişanına görə cərimələnib. Bir sözlə, bu nişan varsa, ərazidə qoyulmuş parkomatlar qüvvəsini itirir. Amma problem odur ki, parkomatlar mahiyyət kəsb etməsə də, bəzi ərazilərdən yığışdırılmır. Bu isə təzadlı vəziyyət yaradır.

Narahatedici məqamlardan biri də ümumiyyətlə paytaxt küçələrində parklanma üçün boş yerin olmamasıdır. Bakı Nəqliyyat Agentliyi demək olar ki, çox ərazilərdə “dayanma və durma qadağandır” işarəsini qoyaraq bu qaydanı pozan sürücülərə cərimə tətbiq edir. Vəziyyət elə bir həddə gəlib çatıb ki, paytaxtın heç bir ərazisində maşın saxlamağa yer qalmayıb. Məsələn, 20 yanvar metrostansiyası ərazisində işləyən şəxs avtomobilini harada saxlasın? Bu cür ərazilər onlarladır. Bu da bir problemdir…

Mövzu ilə bağlı yerli mətbuata danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı sözügedən məsələnin artıq “qlobal həddə çatdığını” bildirib. Onun sözlərinə görə, bu gün paytaxtda avtomobil saxlamağa yer yoxdur:

“Bu gün Bakıda parklanma ilə bağlı problem həllini gözləyən vacib məsələlərdən biridir. Doğrudan da, Bakının küçələrində artıq avtomobil saxlamağa yer qalmayıb. 20 yanvar dairəsi isə təhlükəli bir əraziyə çevrilib və orada hərəkət etmək mümkün deyil. Həmin ərazidə kifayət qədər çox sayda yol polis əməkdaşları xidmət edir, ancaq hələ də problem aradan qalxmır. Nəqliyyat Nazirliyinin ləğvindən hardasa 3 ildən çox vaxt keçir. Artıq parklanmanın təşkili və nəzarəti məsələsi Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Əvvəl dayanma-durmanın təşkilini Bakı Şəhər İcra Hakimiyyəti, cəriməni isə Dövlət Yol Polisi həyata keçirirdi. İndi bu işlər bir mərkəzdə cəmləşib. Bu da problemlərin həlli üçün müəyyən vaxt aparacağını deməyə əsas verir. Çünki Nəqliyyat Nazirliyinin dövründə xeyli özbaşınalıqlar yaranmışdı. Bakı Şəhər İcra Hakimiyyəti parkinq əraziləri ayrı-ayrı şirkətlərə satıb. Bu gün də o şirkətlər yaranmış boşluqdan istifadə edib camaatı soyurlar. Hazırda həmin parkinqlərdəki pullar kimlərinsə cibinə gedir. Hətta Bakı Şəhər İcra Hakimiyyəti işləri təhvil versə belə, onların adından vətəndaşlara bu gün qəbz verilir. Şəxsən mənim avtomobilimə Azərbaycan Tibb Universiteti Tədris Cərahiyyə Klinikasının qarşısında Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı qəbz verib. Ona xatırladıram ki, axı bu səlahiyyəti sizin qurumdan alıblar, necə olur ki, mənə üzərində Bakı Şəhər İcra Hakimiyyətinin atributu olan qəbz təqdim edirsən? Deyir, “bizim də rəhbərimiz var”. Çox təəssüflər olsun ki, bütün bunlar da hüquq-mühafizə orqanlarımızın gözünün qarşısında baş verir. Gün ərzində Bakı ərazisində 3-5 min manat arası parkinqlərdən pul yığılır. Bu məsələnin arxasınca düşən yoxdur ki, axı bu, rüşvətdir, korrupsiyadır və özbaşınalıqdır. Niyə buna nəzarət edən yoxdur? Parkinq nəzarətçilərinə 20 qəpik verəndə, adama durub tərs-tərs baxırlar. 1 manatdan aşağı düşmürlər. Bu pulu verməyəndə isə avtomobili cızırlar, hansısa formada ziyan vururlar, zorla pul tələb edirlər, yaxud insanları qorxudurlar ki, pul verməsən, cərimə yazılacaq. Bəs bu qanunsuz əməl deyil? Bunun qarşısı niyə alınmır?”.

Ekspert hesab edir ki, paytaxtda parklanma ilə bağlı problem tikinti xaosundan sonra yaranıb:

“Son günlər bu məsələ ilə bağlı artıq nəzarət mexanizmi işə düşüb. Bir çox tikinti şirkətlərinin işi dayandırılıb. Çünki qanunsuz fəaliyyət göstərirlər və harada-gəldi tikinti aparırlar. Tikinti aparılarkən parkinqlər nəzərə alınmır. Bakı Nəqliyyat Agentliyindən tələb edirik ki, parkinq yerləri yaratsın. Amma harada yaratsın? Yer yoxdu…Binəqədi, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərindəki avtobus dayanacaqlarında aptek, dönərxana, çayxana, ticarət mərkəzləri açıblar. İcra hakimiyyətləri piyada keçidlərini, avtobus dayanacaqlarını, səkiləri, parkinq yerlərini özbaşına satırlar. Özəl avtodayanacaqların qiyməti isə çox bahadır. Dövlətin avtodayanacaqların qiyməti isə bu günkü tələblərə uyğun deyil. Axı Bakı şəhərindəki parkinqlər niyə pullu olmalıdır? Qanunda belə bir şey nəzərdə tutulmayıb. Qanunda göstərilir ki, parkinqə giriş ilk 15 dəqiqə pulsuzdur. Bunun da bir mexanizmi yoxdur. İnsanlar yaşadıqları öz ərazilərindəki parkinqlərdən pulsuz istifadə etməlidir. Bu problem də hələ həllini tapmayıb. Bakı Nəqliyyat Agentliyi uzun müddətdir ki, Nazirlər Kabinetinə təkliflər göndərib ki, paytaxt ərazilərində parkinqlərin təşkilinə, nəzarətinə və qiymətinə baxılsın. Bu məsələyə də baxılmır. Bəzən hökumətin atdığı addımlar da insanlar arasında qıcıq yaradır. Belə əhəmiyyətli sənədlər illərlə Nazirlər Kabinetində yatıb qalır. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri də Hacıbala Abutalıbovdur”.

Elməddin Muradlının fikrincə, Bakıda yeni parkinqlər yaratmaq mümkündür, amma bunun üçün mütəxəssis qrupu olmalı, müşahidələr, təhlillər aparmalı və işləməlidir:

“Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi də anlayış nümayiş etdirib insanları başa düşməlidir. İnsanlar xaosa öyrənib. Qəfil olaraq cərimələrin tətbiqi təbii ki, narazılıq, qıcıq və etiraz yaradır. Bunu mərhələli şəkildə həll etmək lazımdır. Cərimədən əvvəl yer təşkil etmək lazımdır. Məsələn, Neftçilər prospekti boyunca, yəni Azneft meydanından başlayaraq Dəniz Vağzalının qarşısına qədər dayanma-durma qadağandır. Halım pisləşib, su almalıyam və təcili düşməliyəm, yaxud adam götürməliyəm, o dəqiqə cərimələnməliyəm? Bulvarın arasında avtomobil saxlamağa geniş imkanlar var. Dünyanın bir çox yerlərində bu, var. Qurumların işi yalnız insanları qovmaqdır. Parkomatlara gəlincə, onların dövrü artıq bitib. Nişan olduğu halda parkomat heç nəyi dəyişmir. Sürücülər bilməlidir ki, əsasən yol nişanları və nişanlanma xətləridir. Qanun bunlara üstünlük verir. Ümumiyyətlə, bu məsələnin həlli uzun vaxt tələb edir. Qayda-qanunun tənzimlənməsindən tutmuş sürücülərin maariflənməsi məsələsinə qədər iş görülməlidir”.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR