18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Papa, məni evə apar” dedi, o an da keçindi” - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTO
Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.
Emtv.az xəbər verir ki, yerli mətbuata müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: "Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət "papa, məni evə apar" dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon eksperti də, "Semaşko"nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur boğaza iki dəfə, bir dəfə ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içində şunur salmaz.
Afət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Afət məktəbdə riyaziyyat müəlliməsi işləyir və hadisə günü dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.
Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar".
Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.
Füzuli Rayon Prokurorluğundan yerli mətbuata bildirilib ki, iş tam obyektiv araşdırılır: "Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhtəbə tibb ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir".
V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.
Nəzrin Abbaszadə
Emtv.az