SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim” - FOTO

27-02-2019, 13:55 | Oxunub: 10 679 |

Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim” - FOTO

Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib.

Emtv.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında deyib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: "Mən illər öncə Qubada "Orman" adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı. Sonra keçmiş nazir Hüseynqulu Bağırov həmin restoranı dağıtdığı üçün məcbur qalıb, ayı balasını Qubadakı bağıma gətirdim".

A.Zeynalov deyib ki, dəfələrlə Bakı Zooloji Parkının direktoru Azər Hüseynova bu ayını götürüb saxlamaları üçün müraciət edib: "Lakin, Azər müəllim hər dəfə ayının xəstə olduğunu bəhanə edib, heyvana sahib çıxmaqdan imtina etdi. Ayının tez-tez ürəyi gedirdi, qolu qırıq idi, indi də ayağı axsayır. Dövlət qurumları əgər bu heyvana sahib çıxmaq istəyirsə, məmnuniyyətlə bunu dövlətə verməyə hazıram. Mən sadəcə xəstə bir heyvana qulluq edib, onu saxlayıb böyütmüşəm. Bu elə heyvandı ki, açıb meşəyə buraxmaq da olmaz. Mən sadəcə insanlıq eləmişəm, yoxsa o mənim nəyimə lazımdı? Onun saxlanmasına bilirsiz nə qədər vəsait xərclənir?".

Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim” - FOTO

A.Zeynalov xalası oğlu olan keçmiş nazir Hüseynqulu Bağırovla münasibətlərindən də danışıb. Bildirib ki, onunla heç bir əlaqəsi yoxdur: "Mənim onunla heç bir münasibətim yoxdur. Hamı bilir ki, o mənim Qubadakı restoranımı yerlə-yeksan etdirib, mənə maddi və mənəvi ziyan vurub".

Hazırda ağır xəstəlikdən xaricdə müalicə olunan Abbas Zeynalov indiki məqamda bu ayı məsələsinin bu şəkildə təqdim olunmasını bəzi adamlar tərəfindən məqsədli şəkildə edildiyini bildirib: "Tamamilə cəfəngiyat iddialar yayırlar. Bunu yayan adamlara ayıb olsun. İnşallah onlarla o dünyada qarşılaşacağıq".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR