17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Abbas pula görə Bakıdakı toyu qoyub Moskvaya getdi" - qalmaqal
Əməkdar artist Abbas Bağırovla klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal daha da böyüyüb.
Emtv.az-ın axşam.az-a istinadən məlumatına görə, A.Bağırovun “Hüseyn mənə qarşı böyük səhv etdi. Onunla danışmaq istəmirəm, sözümü demişəm. O, məni pis vəziyyətdə qoydu. Onun yerinə başqa toya söz vermişdim. Çox pul qazanmaq üçün məni pis vəziyyətə qoydu” sözləri qarşı tərəfi özündən çıxarıb.
H.Məhəmmədoğlu “10-dan sonra” verilişində qarşı tərəfin ünvanına tənqidi fikirlər səsləndirib:
“Biz dostlar arasında anlaşılmazlıq olanda efirdə demirik. Bunu heç kimə yaraşdırmıram. Bu günə qədər Abbasdan heç vaxt küsməmişəm. Ailəmdə çox xoş gün olub, Abbası dəvət etmişəm, amma gəlməyib. Heç ondan küsməmişəmdə. Onun bütün xeyir işlərində təmənnasız iştirak etmişəm. Abbas mənə deməmişdi ki, "bura səni istəyirlər, hansı məbləğə gələrsən?". Mənim gedəcəyim toy xeyirlə bağlı deyildi. Mən Eltonun ansamblına rəhbərlike dirəm, bu mənim işimdir. Dəfələrlə Abbas Bağırov və ansamblı Moskvadakı toydan yüksək qonorar aldığı üçün Azərbaycandakı məclisdən bir gün qalmış imtina edib. Abbas qonorara görə Azərbaycan toyunu qoyub Moskvaya gedəndə olar, mən edəndə yox? Sənə olar, mənə olmaz? Abbas qara siyahıdan danışır. Allah adamı qara siyahısına salmasın. Abbas hara gəlib səhnədən durmadan onu müşayiət etmişəm. Bu mənim musiqiçi borcumdur. Ona sayqım, hörmətim var".
H.Məhəmmədoğlu A.Bağırovla barışmaq istədiyini, amma qarşı tərəfdən "yox" cavabı aldığını söyləyib:
"Onunla barışığa cəhd etmişəm. Məclisdə yaxınlaşıb "salam" verib, demişəm ki, küsülülük qalmasın. Amma barışmadı".
Emtv.az