SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Bakı Metropoliteni" QSC-də ilginc olay: İşçilər aldadılaraq işdən çıxarılır

26-02-2019, 13:59 | Oxunub: 15 881 |

"Bakı Metropoliteni" QSC-də ilginc olay: İşçilər aldadılaraq işdən çıxarılır

Son günlər "Bakı Metropoliteni" QSC-də yüzlərlə işçi işdən çıxarılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sayta müraciət edən işçilərdən biri Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yaşayan Məmmədova Nigar Təvəkkül qızı işdən qanunsuz olaraq çıxarıldığını bildirir.

Yerli mətbuata açıqlamasında Nigar Məmmədova onu aladaraq ərizəyə qol çəkdirdiyini bildirib. Ölkənin Birinci xanımı Vitse-prezident Mehriban xanım Əliyeva işdən çıxarılan insanları işlə təmin olunması göstərişini verib. Lakin "Bakı Metropoliteni" QSC məni və mənim kimi yüzlərlə xanımı aldadaraq işdən azad edib.

Surəti Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti Əmək və əhalinin sosial müdafiəsi naziri Cənab Sahil Babayevə

Nigar Məmmədova qanunsuz işdən çıxarılması ilə bağlı saytımız vasitəsilə ölkə başçısı Cənab İlham Əliyevə müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Möhtərəm cənab Prezident!
Mən 10 il "Bakı Metropoliteni" QSC-də çalışmışam. İşlədiyim dövrdə daima öz işgüzarlığımla seçilmişəm. Mən "Bakı Metropoliteni" QSC-də Hərəkət Xidmətinin "İnşaatçılar ” stansiyasında istehsalat sahələri və xidməti otaqları yığışdıran ştatında çalışmışam. Lakin 2019-cu ilin əvvələrində "Bakı Metropoliteni" QSC metroda təmizlik işlərini "TAİS İKF MMC”yə verildi.
Metrodakı təmizlik işçiləri qanunsuz olaraq işdən azad edildilər. Məni başa salmadan aldadaraq yanvarın 11-də ərizəyə qol çəkdirdilər. Mənə söz verdilər ki, məni yeni işlə təmin edəcəklər. Lakin mənə işdən çıxmaqla bağlı bildiriş yalnız yanvarın 21-də mənim təkidimdən sonra verilib.
Bu günə qədər qanunvericiliyə görə mənə ödənilməli olan kompensasiya verilməyib. "Bakı Metropoliteni" QSC-də məni aldadaraq qol çəkdirmələrinə səbəb məhz mənə çatacaq kompensasiyanın verilməməsi idi.
Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Son illər məhz açılan iş yerləri sizin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha sübut edir. Bu gündə qanunsuz olaraq işdən çıxarılan işçilərin ümid yeri sizsiniz. Ailədə yeganə işləyən mənəm. Himayəmdə iki övladım var. Hər ikisi işsizdir. Artıq ailəmiz sizdən imdad diləyir. Mənim işimə bərpa olunmağımı Sizdən xahiş edirik."


"Bakı Metropoliteni" QSC-də ilginc olay: İşçilər aldadılaraq işdən çıxarılır
"Bakı Metropoliteni" QSC-də ilginc olay: İşçilər aldadılaraq işdən çıxarılır

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR