SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“PREZİDENT MƏNİ O ZAMAN İŞDƏN ÇIXARTMALI İDİ…” – General danışdı

12-07-2017, 12:39 | Oxunub: 9 605 |

“PREZİDENT MƏNİ O ZAMAN İŞDƏN ÇIXARTMALI İDİ…” – General danışdı
Xəbər verdiyimiz kimi, general Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Emtv.az xəbər verir ki, N.Orucov unikal.org-a özəl açıqlama verib. O, bildirib ki, İlham Əliyevin onun üzərində zəhmətləri çoxdur: “Siz bilirsiniz ki, məni nəyə görə işdən azad edilmişəm. 3 övladım var. Hər üçünün canı cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, Ulu öndərimiz Heydər Əliyev vermişdi. Ümumilli liderimizin və prezident İlham Əliyevin mənim üzərimdə zəhməti çoxdur. İşdən azad olunmağıma gəlincə, cənab prezidentə heç bir iradım yoxdur. Vəzifəni verən də, vəzifədən çıxaran da o kişidir. Allah canın sağ eləsin cənab prezidentin. Bir daha qeyd edirəm ki, mənim canım da, həyatım da, balalarımda cənab prezidentə qurbandır”.

General övladının həbs xəbərindən də danışıb: “Hələlik istintaq gedir. İstintaqın sonunda hər şey bilinəcək.”

Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır.
General bildirib ki, Prezident onu daha əvvəl işdən çıxartmalı idi:


“Hadisədir – baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə ki… Mən özüm atasız böyümüşəm, istəməmişəm ki, uşaqlarım da nəyinsə ehtiyacını çəksinlər. Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub, 1943-cü ildə yaralanıb gəlmişdi, onu altı yaşımda itirmişəm. Altı uşaq olmuşuq, çox ağır ailə həyatı sürmüşəm. Ancaq böyüdük, oxuduq, hamımız ali təhsil aldıq.

Deyim ki, oğlum birinci hadisəni törədəndə – yəqin ki, məlumatınız var – cənab Prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxartmalı idi. Açığı, onda özüm də işdən getməyə hazırlaşırdım. Ancaq xidmətlərim nəzərə alındı və işimə davam etməyim məsləhət oldu.

Bilirsiniz ki, mən döyüşçü olmuşam, “DOSAAF”ı yenidən qurmuşam, snayperlər, paraşütçülər, istehkamçılar və kəşfiyyatçılar kursu açdım, xeyli işlər gördüm. Bu xidmətlərimə görə də işimdə saxlanıldım, nəinki “uvolit” olundum, hətta vəzifəm bir pillə artırıldı. Ancaq bu dəfə hadisə ilə bağlı cənab Prezidentə məruzə edilib və o da qərarını verib.

Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük. İdmançı uşaqdır, 1200 metrdən paraşütdən tullanmaq üzrə dünya rekordçusudur. Uşaqla hələ ki, görüşməmişəm. Bu gün günorta ona yemək aparacaqlar, ancaq özüm getməyəcəm.
Mən bir ata kimi, bir general kimi bütün valideynlərə səslənirəm, yeri gələndə övladlarını sıxsınlar, xüsusilə, oğlan uşaqlarına lap bir şillə vursunlar ki, onlar pis hərəkətlər etməsinlər”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR