SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“PREZİDENTƏ DÜZGÜN MƏLUMAT VERİLMƏYİB…” - İşdən qovulan icra başçısı danışdı

3-07-2017, 12:40 | Oxunub: 7 729 |

“Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun…”
“PREZİDENTƏ DÜZGÜN MƏLUMAT VERİLMƏYİB…” - İşdən qovulan icra başçısı danışdı
Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.

Emtv.az xəbər verir ki, İ.Mehdiyev ölkə.az-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib: “Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!”.

Sabiq icra başçısı bundan sonra istirahət edəcəyini söyləyib: “Bundan sonra evdə oturub istirahət edəcəm. Hələ başqa işlər haqqında qəti düşünmürəm”.

İ.Mehdiyev Azərbaycanda və İsveçrədə var-mülk sahibi olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Məni tanıyanlar yaxşı bilir ki, Bakıdan kənarda heç nəyim yoxdur. Bakıda varım-yoxum cəmi bir bağım var. Yazırlar ki, oğlumun İsveçrədə biznesi var və sairə. Oğlum Həsən uzun illər “BP” şirkətində çalışıb, Bakı-Novorossiysk boru neft kəməri layihəsində yüksək vəzifədə işləyib, oranın rəhbəri olub, Şotlandiyada neft-qaz sahəsində çalışıb.
Oğlum bütün ömrü boyu xarici neft-qaz şirkətlərində neftçi kimi işləyib. Misal üçün, oğlum “Total” şirkətinin İtaliyadakı layihəsinin baş mühəndisi olub. Bunu hər azərbaycanlı edə bilmir. Ancaq mənim oğlum bacarıb. Oğlum Şimal dənizinin 250 kilometrliyində yerləşən neft-qaz yataqlarında tədqiqat işləri aparıb. Yəni, oğlum karyerası boyu sırf neft-qaz sahəsində çalışıb. Onun başqa kommersiya işləri yoxdur. Hazırda xaricdə yaşayan oğlum orta məktəbi qızıl medalla, universiteti isə qırımızı diplomla bitirib”.


Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olunub.

İbrahim Mehdiyev Bakı şəhərinin “Sovetski” adlanan ərazisində yerləşən “Hacı Cavad” məscidinin özbaşına sökülməsində səhvə yol verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR