18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Qızıl medal qazandığım üçün çox xoşbəxtəm" - Məmmədəli Mehdiyev
Yapon döyüşçüləri üçün gənc və yaşlı olmağın fərqi yoxdur. Çünki onlar yapondurlar və texniki cəhətdən istedadlıdırlar.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirinin finalında Sanşiro Muraonu məğlub etmiş Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.
Böyük Dəbilqə seriyalı turnirlərdə ilk dəfə qızıl medal qazanan 90 kq çəkili Mehdiyev çox xoşbəxt olduğunu söyləyib: "Döyüşün əvvəlində iki xəbərdarlıq aldım və sona qədər bir daha belə halın baş verməməsinə çalışdım. Mümkün olan hər şeyi etdim və qələbə qazandım. Həqiqətən, çox xoşbəxtəm".
Qeyd edək ki, Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan cüdo yığması 93 ölkə arasında 3-cü yeri tutub.
Nəzrin Abbaszadə
Emtv.az