18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın üç cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır
![]()
Bu gün Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha üç idmançısı mübarizəyə başlayacaq.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, yarışın ikinci günündə kişilərin yarışında 73 kq-da Rüstəm Orucov 1/16 finalda Robert Barviq (Almaniya) - Fethi Nuren (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə 1/32 finalda gürcüstanlı Boka Donqvani ilə qarşılaşacaq. Eyni çəkidəki Murad Fətiyev isə 1/32 finalda moldovalı Nikon Zaborosçukun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 10 kişi və 5 qadın idmançı ilə təmsil olunur. Yarışın ilk günündə tatamiyə çıxan 7 cüdoçu medal qazana bilməyib. Fevralın 24-də isə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.
Nəzrin Abbaszadə
Emtv.az