SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir

22-02-2019, 11:58 | Oxunub: 10 287 |

Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir

Fevralın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Emtv.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən yerli mətbuata verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və Bankın iqtisadiyyatın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir. Ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir. Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Çərçivə sənədi ölkəmizdəki sosial-iqtisadi inkişafa töhfə verir. Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir, Bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təchizatı, tibb, ədliyyə və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub.

Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir Şahin Mustafayev Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.

Azərbaycanın əlverişli geostrateji mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Şahin Mustafayev Dünya Bankı və Çin tərəfindən birgə maliyyyələşdirilən "Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və loqistika fəaliyyətinin təkmilləşdirilməsi" texniki yardım layihəsinin uğurla icra olunduğunu qeyd edib.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib.

Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR