18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İdmançılarımız vətənə 5 medalla dönürlər
20 fevral tarixində Misirin Hurghada şəhərində keçirilən Afrika açıq çempionatında dörd idmançı ilə təmsil olunan parataekvondo Paralimpiya Milli Komandamızın üzvləri reytinq xallarını artırıb.
Emtv.az xəbər verir ki, K42 və K43 75 kq çəki dərəcəsində mübarizəyə qatılan komandamızın kapitanı Nicat Müslümov hər iki kateqoriyada qızıl medal qazanaraq yarışın qalibi olub.
Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44 -49 kq) və Aynur Məmmədova (K44 +58 kq) final döyüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Digər kişi idmançımız Elimxan Manafovun (K43 -61 kq) isə yarımfinal mərhələsində rəqibi keçilməz olub.
Komanda hesabında millimiz üçüncü yerə layiq görülüb. Yarışın ən güclü idmançısı isə Nicat Müslümov seçilib.
Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının yarışdığı beynəlxalq reytinq turnirindən iki qızıl, iki gümüş və bir bürünc medalla vətənə dönür.
Nəzrin Abbaszadə
Emtv.az