SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu

25-08-2017, 12:20 | Oxunub: 7 871 |

Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu
Azərbaycan millisi Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında daha bir medal qazanıb.

Emtv.az xəbər verir ki, ölkəmizin aktivinə növbəti mükafatı taekvondoçumuz Məhəmməd Məmmədov yazdırıb.

63 kq çəki dərəcəsində dayan üzərinə çıxan həmyerlimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Belə ki, 1/16 finalda meksikalı Edqar Porras Reyesi mübarizədən kənarlaşdıran (21:5) Məmmədov növbəti döyüşdə Tay Tin Vinqdən (Honq Konq) də üstün olub – 29:9.

Taekvondoçumuz 1/4 finalda braziliyalı Venilton Torres Teyxeirandan da güclü olub. O, rəqibinə 24:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda iranlı Mirhaşim Hüsseyniyə uduzan 9:19 hesabı ilə uduzan təmsilçimiz universiadada komandamızın aktivinə bürünc mükafat əlavə edib.

87 kq çəki dərəcəsində gücünü yoxlayan Payam Qobadi Oğaz ilk iki görüşünü qələbə ilə başa vurub. O, əvvəlcə Migel İkaro Martins Soaresdən (Braziliya, 18:12), ardınca Lukas Vinkleri (Almaniya, 25:2) məğlub edib. Lakin idmançımız 1/4 finalda gərgin keçən qarşılaşma zamanı Seunqvan Li (Cənubi Koreya) səddini keçə bilməyib - 11-15.

Olimpiya mükafatçısı Patimat Abakarova (49 kq) da mübarizəni erkən dayandırıb. Taekvondoçumuz ilk döyüşündə iranlı Nahid Kiyaniçandehlə üz-üzə gəlib 8:10 hesabı ilə uduzub.


Beləliklə, Universiadada taekvondo yarışlarına yekun vurulub. Bu növ üzrə Azərbaycan millisi yarışı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Qeyd edək ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR