17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Taekvondoçumuz dünya çempionu oldu - YENİLƏNİB
Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb. Emtv.az-ın apasport.az-a istinadən məlumatına görə, Məhəmməd Məmmədovun ardınca Milad Beiqi Harçeqani də fəxri kürsüyə yüksəlib.
80 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız mundialda rəqib tanımayıb. Belə ki, ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən 26 yaşlı taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb – 18:7.
Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, finala gedən yolda moldovalı Aaron Kukla qarşılaşıb. Milad titullu rəqibinə 41:5 hesabı ilə qalib gəlib.
Təmsilçimiz həlledici görüşdə Anton Kotkovla gücünü yoxlayıb və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Miladdan öncə Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb.
Emtv.az