18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"İndi mən seçicilərimin qarşısına çıxım onlara nə deyim?"-Xankəndidən seçilən deputat
İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar və Şuşa türməsində cəza çəksinlər. Çünki onlar Şuşanı "çox istəyirlər".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Ermənistan, erməni separatçıları Şuşanı erməniləşdirmək istəyirlər: "O torpaqlara azərbaycanlıların qanı tökülüb. Bu gün Xocalının adını dəyişib orada uşaq bağçası tikiblər. Hansı ki, orada 1000-dən çox erməni yerləşdirilib. Bu gün bizə müraciət edirlər ki, gəlin xalqları sülhə hazırlayaq. Bunları görəndə isə bilmirəm nə edək, mən seçicilərimin qarşısına çıxım onlara nə deyim?".
F.Qasımova qeyd edib ki, ermənilər Dağlıq Qarabağdakı və işğal altında olan digər rayonlarda yer adlarını dəyişirlər: "Bizim yaşadığımız Qubadlıda, Kəlbəcərdə təpələrə xaç qoyurlar. Vaxtilə alban kilsələrini saxtalaşdırıb erməniləşdirdilər. Ermənistanda hakimiyyətdə olmuş seperatçı qüvvələr xalqların bir-biriylə yaxınlaşmasına imkan vermirdi. Bu vəziyyət indi də dəyişməyib. Sadə xalqı günahlandırmıram. Düzdür, bizə yuxarıdan aşağıya baxırdılar. Mən Xankəndində doğulmuşam. Ancaq sadə xalq müharibə istəmirdi. Qarabağda yaşayan yerli əhali də bilir ki, biz ora qayıdacağıq, çünki ora Azərbaycan torpağıdır".
Nəzrin Abbaszadə
Emtv.az