18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda evdə partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü - YENİLƏNİB
Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.
Emtv.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib.
Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.
Ailənin 1 yaşlı övladının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. Tənəffüs yolları yanan uşağın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. Uşaq dünən 11:20-də dünyasını dəyişib.
Ailənin 2012-ci il təvəllüdlü qız övladının isə bədənin 50-55 faizi yanıb. Ona 3 a və 3 b dərəcəli yanıq diaqnozu qoyulub, uşağın vəziyyəti ağır stabildir.
Bakıda evdə odun sobası partlayıb.
Emtv.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.
Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.
Nəticədə odun sobası partlayıb.
N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az