18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tbilisidə baş verən partlayışda azərbaycanlı ailənin üzvləri xəsarət alıb
Tbilisinin Zemo Poniçala qəsəbəsində bu gün səhər saatlarında doqquzmərtəbəli binada qaz sızması nəticəsində baş verən partlayışda azərbaycanlılar xəsarət alıblar.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, xəsarət alan 3 nəfərin Məmmədovlarailəsinin üzvləri olduğu bildirilir.
Onlar 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsidir.
Xəsarət alan gəncin qayınatası Namaz İbrahimov onların yerləşdirildiyi Yanıq Mərkəzinə baş çəkib. O, jurnalistlərə açıqlamasında hadisə barədə məlumatlı olmadığını bildirib: “Bizə klinikadan zəng vurdular. Uşağın anası Azərbaycandadır, ona qəza barədə məlumat vermişəm”.
Məmmədovlar ailəsinin üzvləri Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Guqi Kaşibadze bildirib ki, onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar.
Qeyd edək ki, Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome ZurabişviliYanıq Mərkəzinə baş çəkib və partlayışda xəsarət alanların vəziyyəti ilə tanış olub.
Aysu Əliyeva,
Emtv.az
Paylaş,