18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Əgər mən Ramzanın əmisiyəmsə...” - Qafqazın şeyxi
Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə münasibət bildirilir.
Elə dünən Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.
Bütün Qafqazın şeyxi Allahşükür Paşazədə də məsələyə münasibət bildirərək nöqtə qoyub.
Emtv.az xəbər verir ki, o, yerli KİV-ə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:
"Prezident İlham Əliyevlə danışandan sonra vəziyyətin nə yerdə olduğunu öyrəndim. Cənab prezident mənə bəzi göstərişlər verdi. Buna əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışdım. Sonra birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım. Həmin an Çeçenistan rəhbərliyi Dubayda idi, ölkənin muftisi isə İraqa uçurdu. Mən vəziyyətin bu şəkildə olmasını onlara deyəndə müəyyən məsələlərdən xəbərləri var idi. Mən onlara prezident İlham Əliyevin salamlarını çatdırdım və bu məsələdən narahat olduğunu bildirdim. Mənim sözümdən sonra mufti İraqa uçanda hava limanından onu Qroznıya geri qaytardılar.
Çeçenistan lideri Ramzan Kadırov öz əmisinin yanında məni qucaqlayıb "əmi" deyir. Əgər mən əmiyəmsə, hər iki dövlətin, xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Müraciət edirəm ki, bütün Qafqaz xalqı qardaş kimi olmalıdır. Bizi birləşdirən səbəblər daha çoxdur. Bizi bir-birimizdən ayırmaq istəyirlər, təkləyib məhv etmək istəyirlər. Onlara qarşı birgə mübarizə aparmalıyıq".
Nəzrin Abbaszadə
Emtv.az