18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məcburi köçkünlərin məskunlaşdığı 4 ev yandı - 1 nəfər reanimasiyaya yerləşdirildi
Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə baş verib.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan yerli mətbuata verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Emtv.az Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.
Nəzrin Abbaszadə
Emtv.az