18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda Formula 1-in rəhbər marşallarının görüşü olub
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisinə vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil edib.
Emtv.az xəbər verir ki, görüşdə ötən ilin yekun nəticələri, fevral ayının əvvəlində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019 Formula 1 mövsümü üçün reqlanmentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmeti müzakirə olunub.
Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.
Qeyd edək ki, 2016-cı ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda, 2017-ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir. Ötən mövsümün yekun nəticələrinə əsasən, rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları şöbəsinin müdiri, Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev bildirib ki, 3 il ərzində marşallar üçün yaratdığımız təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdarə Heyətini ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə olan marağı və bağlılığını daha da artırır: "Bu sahədə atdığımız uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. Ötən il 1603 nəfər marşal olmaq istəyən şəxs qeydə alınmışdısa, bu il bu rəqəm artaraq 2445 nəfər təşkil edib və bu bizim üçün çox sevindirici və qürurverici haldır".
Nəzrin Abbaszadə
Emtv.az