18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Baş ağrısı ilə xəstəxanaya gedən kollec tələbəsi uşaq doğdu - FOTO
Baş ağrısı ilə xəstəxanaya gedən yeniyetmə orada doğum edib.
Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, qarnında şişkinlik olmayan 18 yaşlı qadın baş ağrısı ilə xəstəxanaya gedib. 4 günlük komaya düşən Ebony Stevenson ayılanda övladının dünyaya gəldiyini görüb.
Axşam saat 8:30-da halı pisləşən Eboni anidən yerə yıxılıb. Onun anası evə təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qızın hamilə olub-olmadığını soruşublar.
4 gün sonra komadan ayılıb, ana olduğunu eşidən qadın təəccüblənib. 18 yaşlı Eboni bildirib ki, hamiləliyindən xəbərsiz idi. O, doğuma qədər qusmayıb, mensturasiyasında geciklmələri olmayıb.
Həkimlər bildirib ki, kollecdə oxuyan qızın iki uşaqlığı olub. Onun biri vasitəsi ilə mensturasiya normal qaydada davam edib, digərində isə döl inkişaf edib. Onun Elodie adlı qızı bədəninin arxa hissəsində böyüdüyünə görə qarnında hiss olunacaq dərəcədə şişkinlik olmayıb.
İngiltərənin Mançester şəhərinin Oldhem qəsəbəsində yaşayan Eboni açıqlamasında yaxın 10 il ərzində övlad sahibi olmağı planlaşdırmadığını söyləyib.
"Mən uşaq dünyaya gətirmək istəmirdim. Yaxın 10 il ərzində belə bir planım yox idi. Komadan ayılıb, uşaq dünyaya gətirdiyimi söyləyəndə inana bilmirdim. Bu, möcüzə idi".
Emtv.az Eboninin və qızının fotolarını təqdim edir:
Nəzrin Abbaszadə
Emtv.az