18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Cüdoçularımız İspaniyada 4 medal qazandılar
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.
Emtv.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər. Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar.
73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.
Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb.
Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.
Nəzrin Abbaszadə
Emtv.az