18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kalaşnikov Qarabağa qanunsuz səfərlər barədə: Duma imkan verməyəcək
Rusiya Federasiyası (RF) Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə saziş imzalanmaq üçün hazırdır.
Emtv.az xəbər verir ki, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bu barədə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun görüşündə məlumat verib.
L.Kalaşnikov həmin sənədin Avrasiya ölkələri parlamentlərinin spikerlərinin bu il Astanada keçiriləcək müşavirəsi çərçivəsində imzalanacağına ümidvar olduğunu dilə gətirib:
“Biz bu məsələyə böyük əhəmiyyət veririk. Duma şurasında həmin komissiyaların məsul katibləri təsdiq edilib. Onlar hökumətlərarası komissiyaların üzvləridir”.
Deputat daha sonra bildirib ki, hazırda Xəzəryanı ölkələrin spikerlərinin Xəzər regionunun inkişafı problemlərinə həsr edilmiş konfransının keçirilməsi məsələsi müzakirə edilir.
Həmin görüşə hazırlıq üçün Həştərxanda müvafiq komitələrin üzvlərinin müşavirəsi keçiriləcək.
Milli Məclisin üzvü Əli Hüseynli isə qeyd edib ki, Azərbaycan parlamentinin rəhbərliyi RF Dövlət Duması ilə əməkdaşlıq məsələsinə xüsusi əhəmiyyət verir:
“Biz Dövlət Dumasının sədri Vyaçeslav Volodinin yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə təklifini yüksək qiymətləndiririk. Bilirik ki, Dövlət Duması belə komissiyaları əməkdaşlığı daha da möhkəmlətmək və inkişaf etdirmək niyyətində olduğu ölkələrlə yaradır”.
O bildirib ki, bu komissiya parlamentarilər arasında birbaşa əlaqələrin inkişafına şərait yaradacaq.
Ə.Hüseynli daha sonra qeyd edib ki, bəzi hallarda təxribatçı hərəkətlər və bəyanatlar müşahidə olunur:
“Biz belə halların kökünü kəsməliyik. Azərbaycan Cənubi Qafqazda Rusiyanın etibarlı müttəfiqidir. Elə etməliyik ki, parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərləri bir daha təkrarlanmasın”.
L.Kalaşnikov cavab verib ki, Duma məkanından münasibətlərin korlanması üçün istifadə edilməsinə heç vaxt imkan verməyəcək:
“Mənim fikrimcə, bəzən anlaşılmazlıq səbəbindən belə hallar baş verir. Mən həmin insanlarla söhbət etmişəm. Lakin biz belə faktlara diqqət yetirməliyik, çünki belə hallar bizim münasibətlərimizə ziyan vurur”.
Nəzrin Abbaszadə
Emtv.az