18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kamal Abdullanın işdən çıxardığı qadın dekanın vəzifəsini bu şəxs icra edəcək
Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyib.
O, bildirib ki, dekan vəzifəsinin müvəqqəti icrası Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifovaya həvalə olunub.
Xatırladaq ki, fakültənin dekanı Vüsalə Ağabəyli bir neçə gün bundan öncə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.
Həmçinin, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır:
1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası - dosent, 2 ştat baş müəllim, 1 ştat
2. Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı - 1 kafedrası baş müəllim, 0,5 ştat
3. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası - baş müəllim, 1 ştat
4. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrası - dosent, 1,75 ştat, baş müəllim, 2 ştat
5. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası - dosent, 1 ştat, baş müəllim, 0,75 ştat
6. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər kafedrası - baş müəllim, 0,5 ştat
7. Linqvokulturologiya kafedrası - baş müəllim, 2 ştat
8. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası - dosent, 1 ştat
9. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası - baş müəllim, 1 ştat
10. Təlimdə innovasiyalar kafedrası - kafedra müdiri, baş müəllim, 1 ştat
11. Beynəlxalq münasibətlər kafedrası - baş müəllim, 1 ştat
12. Qafqazşünaslıq kafedrası - dosent, 0,5 ştat
13. Azərbaycan dilçiliyi kafedrası - dosent, 3 ştat
14. Ümumi dilçilik kafedrası - dosent, 0,5 ştat
15. İnformasiya texnologiyaları kafedrası - dosent, 0,25 ştat
16. Filologiya və jurnalistika fakültəsi - dekan
Nəzrin Abbaszadə
Emtv.az