18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
Müəllim 22 yaşlı tələbə qızı döyüb hala saldı: Siqaret çəkdiyinə görə
Yıldız Texnik Universitetinin 22 yaşlı tələbəsi siqaret çəkdiyinə görə müəllim tərəfindən döyülüb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, digər tələbə müəllimə bu hərəkətinə görə iradını bildirib və mübahisə daha da böyüyüb. O, tələbəyə "Mən dosentəm, bu isə nə qadın, nə də insan deyil" deyib.
İddiaya görə, 22 yaşlı tələbə Çisəl.G səhər dərsdən çıxanda universitetin qarşısında siqaret çəkməyə başlayıb.
Bunu görən dosent Məhmət.A Çisələ "Sənin oxuya bilmirsən? Görmürsən burada "Siqaret şəkmək qadağandır" yazılıb? Bundan əlavə Məhmət.A 22 yaşlı qızı əl hərəkətləri ilə təhqir edib.
Çisəl müəllimin bu hərəkətindən əsəbiləşərək "Sən kimsən, düzgün danış" deyə cavab verib.
Müəllimin onu təhqir etməsi ilə bağlı gənc qız mühafizəçini çağırıb. Bu zaman Məhmət.A mühafizəçi və Çisəli itələyərək yıxıb, yumruqlamağa başlayıb.
Müəllimin gənc qızı döydüyünü görən Yasin.K və Engin.C tərəfləri sakitləşdirməyə çalışıb. Bu zaman müəllim Engin.C-ya da yumruq atıb.
Tərəflər polisə gedərək bir-birilərindən şikayətçi olub.
ismayil İsmayilov
Emtv.az