SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada “Nəsimi həftəsi”nə start verilib

12-02-2019, 15:30 | Oxunub: 18 087 |

Muxtar respublikada “Nəsimi həftəsi”nə start verilib

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini bildirib. Diqqətə çatdırılıb ki, belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.

Qeyd olunub ki, şair və mütəfəkkir İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Dünya poeziyasının ən kamil nümunələrini yaradan Nəsimi ədəbiyyatımızı poetik çalarlarla zənginləşdirib, ədəbiyyatımızı və dilimizi zirvəyə yüksəldib.

Vurğulanıb ki, əqidə yolunda, vahid amal uğrunda mübarizə aparan Nəsiminin yüksək humanizm və dünyəvilik ideallarına söykənən poeziyası dünən olduğu kimi, bu gün də aktual və müasirdir. İnanırıq ki, “Nəsimi həftəsi” çərçivəsində keçiriləcək tədbirlər gənclərimizin Nəsimi irsini öyrənmələri üçün faydalı olacaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, fond klassik ədəbiyyatımızın təbliği, mənəvi dəyərlərimizə söykənən filmlərin gənclərə təqdim olunması, tarixi və təbiət abidələrinə ekskursiyaların, əlamətdar günlərlə bağlı tədbirlərin təşkili, milli köklərə bağlı tarixi peşələrin gənclərə aşılanması üçün mütəmadi işlər görülür. Bu gün start verilən “Nəsimi həftəsi” də bu istiqamətdə aparılan tədbirlərin tərkib hissəsidir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, Əməkdar elm xadimi Hüseyn Həşimli və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək, ölməz şair Nəsiminin həyat və yaradıcılığı haqqında gənclərə ətraflı məlumat veriblər.

Sonra gənclərin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyaları təşkil olunub.

Qeyd edək ki, “Nəsimi həftəsi” fevralın 16-dək davam edəcək. Bu müddət ərzində “Nəsimi” filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi, “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və “Nəsimi həftəsi”nin mükafatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR