SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Siyavuş Novruzov bələdiyyələri tənqid etdi: "Bəziləri həddindən artıq səlahiyyət istəyir"

12-02-2019, 13:56 | Oxunub: 14 381 |

Siyavuş Novruzov bələdiyyələri tənqid etdi: "Bəziləri həddindən artıq səlahiyyət istəyir"

Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilməsi zamanı çıxış edərkən deyib.

O, bildirib ki, artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir: "Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar".

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur: "Elə bələdiyyərlər var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və gəlir mexanizmləri hazırlanmalıdır".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR