17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dünyanın ən zəngin adamı intim fotolarla şantaj edilir - FOTO
Dünyanın ən zəngin adamı - "Amazon" şirkətinin sahibi Ceff Bezos "National Enquirer" "sarı" nəşrinin rəhbərinin onu açıq-saçıq fotoşəkillərini dərc etməklə şantaj etdiyini açıqlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bezosun sözlərinə görə, Devid Pekerin vəkilləri onunla əlaqə yaradaraq, redaksiyaya qarşı şikayətini geri götürməyəcəyi təqdirdə telefon ismarıclarını (SMS) və intim fotoşəkillərini yayacaqları ilə hədə-qorxu gəliblər.
Yanvar ayının əvvəlində Bezosun 25 illik həyat yoldaşı Makkenzidən ayrılması xəbəri yayılıb. Cütlüyün boşandıqlarını ictimai şəkildə elan etməsindən 48 saat əvvəl adıçəkilən nəşrin onun barəsində jurnalist araşdırmasına başladığını və keçmiş teleaparıcı, 49 yaşlı Loren Sançezlə gizli eşq macərası yaşadığını öyrəndiyini Bezosa bildirib.
Qalmaqalın yaranmasından sonra Bezos şəxsi həyatı ilə bağlı məlumatların hansı şəkildə sızdığını müəyyən etmək üçün şəxsi xəfiyyələr tutub.
Ötən gün Bezos jurnalın rəhbərliyinin, başda Devid Peker olmaqla, onun Sançesə göndərdiyi şəxsi fotoları yaymaqla şantaj etdiyini bildirib. Şəkillərin yayılmaması üçün Bezos istintaqı dayandırmalı və ona qarşı hazırlanan dosyenin siyasi sifarişli olmadığını ictimai şəkildə elan etməlidir.
Qeyd edək ki, Bezos ABŞ prezidenti Donald Trampın qatı əleyhdarlarındandır. Onun sahibi olduğu "Washington Post" qəzeti Ağ Ev rəhbərini mütəmadi olaraq tənqid atəşinə tutur. "National Enquirer" jurnalının naşiri Devid Peker isə ABŞ mediasında Trampın ən yaxın müttəfiqlərindən sayılır.
Nəzrin Abbaszadə
Emtv.az