17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası ötən ili uğurla başa vurub
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında yığıncaq olub.
Emtv.az yerli mətbuatın Naxçıvan bürosuna istinadən xəbər verir ki, ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaqda çıxış edən federasiyanın sədri Mahir Əliyev ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verildiyini qeyd edib.
Mahir Əliyev diqqətə çatdırıb ki, muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası, Ordubad şəhərində və Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib. Hazırda həmin qruplarda 200-dən artıq basketbolçu idmanın bu növü ilə məşğul olur.
Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, yarışların kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalıdır. Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə gələcəkdə də işini günün tələbləri səviyyəsində quracaq, eyni zamanda, komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcək və idmanın bu növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Muxtar respublikada 2245 idmançının 171 qrupda basketbol idman növü ilə məşğul olduğunu bildirən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib ki, nazirlik 2002-ci ildə yaradılan Basketbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev kuboku” uğrunda 2001-2002-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri və digər komandalar arasında yoldaşlıq görüşləri keçirilib. Federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muzeylərə gəzintiləri təşkil olunub.
Azad Cabbarov 2018-ci il dekabrın 10-da keçirilən müşavirədə qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Sonra Ali Məclisin Sədri tərəfindən 2018-ci ildə mükafata layiq görülən Culfa rayon komandasının məşqçisi Yasin İbrahimov çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Yığıncaqda federasiyanın il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Nəzrin Abbaszadə
Emtv.az